Главная / О сервисе

Avtomobiliniz üçün premium xidmət standartı

Müasir texnologiya, peşəkar təcrübə və yüksək xidmət standartlarını bir araya gətirən avtomobil xidmət mərkəzi.

Кто мы?

DarkLine Avto Servis — Tam Xidmət Tərəfdaşınız

DarkLine Avto Servis — müasir texnologiya, peşəkar təcrübə və yüksək xidmət standartlarını bir araya gətirən avtomobil xidmət mərkəzidir.

Biz yalnız avtomobil təmiri ilə məhdudlaşmırıq. Məqsədimiz avtomobil sahibinə alışdan başlayaraq texniki xidmətə, təmirdən yol təhlükəsizliyinə qədər tam və etibarlı xidmət təqdim etməkdir.

Sürətli. Keyfiyyətli. Zəmanətli. Hər bir avtomobilə fərdi yanaşma və şəffaf qiymət siyasəti.
Autoparts
Fəaliyyət istiqamətlərimiz

Niyə məhz DarkLine?

Ölkə daxilində və xaricdə xidmət

Fəaliyyətimizi yalnız bir ünvanda deyil, Azərbaycanın istənilən regionunda, zərurət yarandıqda isə ölkə sərhədlərindən kənarda təqdim edirik. Harada olmağınızdan asılı olmayaraq, peşəkar dəstək sizə bir zəng qədər yaxındır.

Avtomobil alarkən peşəkar yoxlama

Avtomobil alqı-satqısı zamanı xüsusi yoxlama proqramımızla mühərrik, transmissiya, elektronika, asqı və kuzov qalınlığı peşəkar şəkildə yoxlanılır. Almadan əvvəl yoxlatdırın — gözlənilməz xərclərdən qorunun.

DarkLine AVTOSOS

Yolda texniki nasazlıq və ya qəza zamanı operativ dəstək, servisə çatdırılma və zəruri hallarda müvəqqəti nəqliyyat vasitəsi ilə təmin olunma imkanı. Məqsədimiz: avtomobiliniz yolda qaldıqda siz yarı yolda qalmayasınız.

Rahat ödəniş və kredit imkanı

Avtomobilinizin təmir və servis xərclərini kredit və 0%-dən başlayan hissəli ödəniş imkanlarından istifadə etməklə daha rahat və büdcənizə uyğun şəkildə ödəyə bilərsiniz.

Услуги в кредит

Ремонт сейчас — оплата частями

Şəxsiyyət vəsiqəsi ilə 10 dəqiqəyə təsdiq. İlkin ödənişsiz və gizli komissiyasız: məbləğ bərabər aylıq ödənişlərə bölünür.

  • 200-dən 10 000 ₼-dək məbləğ
  • 3 aydan 12 ayadək rahat ödəmə müddəti
  • Təmir işləri, ehtiyat hissələri və təkərlər üçün
  • Komissiyasız vaxtından əvvəl bağlama imkanı
Kredit rəsmiləşdirmək
Xidmət tərəfdaşınız

Avtomobilinizi etibarlı ustalara həvalə edin

Diaqnostika və təmir üçün bizimlə əlaqə saxlayın və ya birbaşa servisimizə yaxınlaşın.

  • Şəffaf smeta və razılaşdırılmış qiymətlər
  • Müasir diaqnostika avadanlıqları
  • Görülən işlərə 12 ayadək rəsmi zəmanət
Записаться на сервис WhatsApp ilə yazın

Поиск

Поиск по названию запчасти, масла или услуги